Qoruq ərazisinin tanıtımı üçün işlər görülür...

11 2019 10:40

Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilməsi yaşının minillərlə ölçüldüyü şəhər üçün gözlənilən idi. Çünki Şəki hələ qədim dövrlərdə sivilizasiyaların mərkəzi olub. Bu gündə özündə həmin izləri daşıyan şəhər artıq beynəlxalq səviyyədə tanınacaq. Ancaq bütün bunlarla yanaşı qoruq ərazisində bir çox işlər görülməlidir. Bu işlərin başında isə qoruqda yerləşən bir sıra tikililərin keçmiş memarlıq üslubuna salınmasıdır. Lakin qoruq ərazisində insanların yaşaması vəziyyəti qəlizləşdirir. Həmçinin qoruq ərazisinin YUNESKO-ya daxil edilməsi onların bazasından istifadə etmə imkanıda yaradır. Qoruğun adının bir çox kitab, xəritə və digər səyahət məhsullarında yerləşdirilməsi isə Şəkinin beynəlxalq arenalarda tanınması deməkdir. Bütün bunlarla yanaşı yerli qurumlarda tanıtım və təbliğatla məşğuldur. Bu istiqamətdə artıq işlər aparılır və layihələr hazırlanır. Məqsəd qeyr-maddi mədəni irsi təbliğ etməkdir. Bütün bunlarla yanaşı turistlər üçün yeni turistik məhsullar, turizm xidmətləri təklif ediləcək. Şəhərin müxtəlif yerlərində qoruq ərazisinin YUNESKO-ya daxil edildiyini göstərən yazılı nişanlar olacaq. Həmçinin sosial şəbəkələr vasitəsi ilə də bu barədə məlumatlar veriləcək. Turist sayının çoxalması ölkə qoruq ərazisindəki muzeylərədə təsir edəcək. Hazırda çox az sayda turistin ziyarət etdiyi muzeylərdə vəziyyət müsbətə doğru dəyişə biləcək. Bir sözlə Şəkinin tarixi hissəsinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi qısa müddət ərzində şəhərin həyatında çox böyük dəyişikliklərə səbəb olacaq və bu qədim diyarın adını bütün dünya əzbərə biləcək.