Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib...

10 2019 18:06

Hadisə Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Aşağı-Göynük kənd sakini, 30 yaşlı Anar Rüstəmov idarə etdiyi "Ford" markalı mikroavtobusla Bakıya sərnişin apararkən yolda qəza törədib. Hadisə zamanı Qax rayon sakinləri - 53 yaşlı Nüşabə İsayeva, 17 yaşlı Aytən Canəliyeva, 9 yaşlı Ayan Hacıyeva, Misir vətəndaşları 59 yaşlı Aşraf Cəlal Saat və onun 12 yaşlı qızı Selcan Cəlal Aşraf müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan sürücü Anar Rüstəmov, mikroavtobusda olan sərnişinlərdən Nüşabə İsayevanın və Misir vətəndaşı Aşraf Cəlal Saatın vəziyyətlərinin ağır olduğu bildirilir. Digər yaralıların vəziyyəti yüngül olduğundan onlar evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.