İsmayıllıda güclü külək və leysan fəsadlar törədib...

10 2019 13:12

Evlərə, meyvə ağaclarına, əkin sahələrinə, qaz və su xətlərinə ziyan dəyib, bir neçə evin və obyektin dam örtüyü uçub. Həmçinin elektrik naqilləridə zədələnib, nəticədə rayon mərkəzinə elektrik enerjisinin verilişi dayandırılıb. Həmçinin Gəncədən Lahıc qəsəbəsinə turistləri gətirən avtobus dağdan gələn sel sularına qərq olub. Avtobususu lil basdığı üçün ərazidən çıxarmaq mümkün olmayıb. Turistlər Gəncəyə başqa avtobusla yola salınıb. Hazırda avtobusun sel basan ərazidən çıxarılması üçün tədbirlər görülür. Məcburi köçkünlər üçün salınan "Qarabağ" yaşayış massivində məskunlaşan Şuşa sakini, Mirzəliyev Rövşənə məxsus fərdi yaşayış evinin dam örtüyünü tamamilə uçub, yağış suları evə ciddi ziyan vurub. Hazırda ailə üzvləri evsiz qalıblar. Ailə hal-hazırda qonşularında qalır.