Şamaxıda 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib...

10 2019 13:05

Şamaxı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Şamaxı yolunun 110-cu kilometrliyində, Acıdərə adlanan ərazidə "Ford" markalı sərnişin mikroavtobusu ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər ağır xəsarət alıb. Xəsarət almış 6 nəfər - Sumqayıt sakinləri, 47 yaşlı Qarakişiyeva Səbinə Rafiq qızı, 57 yaşlı Məmmədova Həsənağa Sultanağa oğlu, 23 yaşlı Zeynəddinli Elmi Rafiq oğlu, 27 yaşlı Nazarova Aynur Teymur qızı, 22 yaşlı Zeynəddinli Elcan Rafiq oğlu, Şamaxı sakini, 48 yaşlı Mirzəyev Yaşar Əlikram oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə yaralıların vəziyyəti orta ağırdı. Faktla bağlı araşdırılma aprılır.