AQTA-nın əməkdaşları taxıl anbarlarına baxış keçiriblər...

09 2019 15:56

AQTA-nın bitki sağlamlığı və fitosanitar nəzarət sektoru tərəfindən Şəki-Zaqatala bölgəsinin fərdi toxumçuluq fəaliyyəti ilə məşğul olan təsərrüfatlarının taxıl anbarlarında fumiqasiya tədbirlərinin səviyyəsinin ölçmək üçün manitorinqlər keçirilir. Manitorinqlərin keçirilməsində əsas məqsəd taxılın anbarlarda saxlandığı müddətdə zərərvericilər və mikroorqanizmlər tərəfindən 5-20%-ə qədər zədələnməyə məruz qalmasıdır. Odur ki, istehsal olunan toxumun sağlam və keyfiyyətli saxlanılması üçün anbarlar təmizlənməli, dərmanlanmalı və fumiqasiya olmalıdır. Fumiqasiya – bitki xəstəlikləri törədicilərinə və zərərvericilərinə qarşı zəhərli buxar və qazlarla aparılan mübarizədir. Baxış keçirilən anbarlarda vəziyyətin qənaətbəxş olduğu bildirilib. Zərərvericilərə qarşı bütün lazımı tədbirlərin görüldüyü qeyd edilib. Sahibkarlar da öz növbəsində fumiqasiya tədbirlərini vaxtında apardıqlarını vurğulayıblar.