AQTA-dan növbəti xəbərdarlıq tədbirləri...

09 2019 15:49

Şəkidə AQTA tərəfindən qanunsuz ət kəsimi ilə məşğul olan vətəndaşlara qarşı tədbirlər həyata keçirilib. AQTA-nın əməkdaşları ilə yanaşı tədbirlərdə Şəki şəhər icra hakimiyyəti və Şəki ŞRPŞ-nin nümayəndələri də iştirak edib. Qanunsuz və sanitariya-gigiyena qaydalarına əməl etməyən qəssablara qarşı cərimələr yazılıb. Həmçinin ət kəsimi həyata keçirilən yerlərdə heyvanı asmaq üçün istifadə edilən xüsusi qarmaqlar yerindən kəsilib. Qəssablara xəbərdarlıq edilib ki, əgər heyvanları ət kəsim məntəqəsindən yenə də kənarda kəssələr onları daha ciddi cərimələrə gözləyir.