Azərbaycan beynəlxalq aləmdə daha bir uğura imza atdı...

09 2019 12:13
Artıq Şəkinin əvəzolunmaz tarixi abidəsi- Xan sarayı və eləcə də tarixi Şəki şəhəri bütün dünyanın mədəni irsi kimi qorunacaq və diqqət mərkəzində olacaq... Bu xəbər ölkədə böyük sevinclə qarşılandı. Çünki, Azərbaycanın tarixi irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından bu böyük uğurdur. 2000 illik tarixə malik, dağlar qoynunda bir şəhər.... Və bu şəhərin ən görkəmli xəzinələrindən biri - Şəki Xan Sarayı... Şəkinin tarixi hissəsi və Xan sarayı artıq UNESKO-nun Dünya İrsi siyahısında... Bu qərarın qəbul edilməsi Azərbaycanın UNESKO çərçivəsində apardığı gərgin fəaliyyət, eyni zamanda, ölkə rəhbərliyinin bu məsələyə ayırdığı xüsusi diqqətin nəticəsi kimi dəyərləndirilir. Bu maddi-mədəniyyət irsinin Dünya Mədəni İrs Siyahısına daxil edilməsi şəkililərin üzərinə də böyük məsuliyyət qoyur.