Qaxda ekoloji təmiz kənd təsərrüfatı məhsulları yetişdirilir...

08 2019 15:41

Qaxda Ekoloji Təmiz kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resus mərkəzi tərəfindən Azərbaycanın kənd təsərrüfatı praktikasında ilk dəfə olaraq ən müasir texnologiyalar üzrə elmı təcrübələr aparılır. Təcrübə stansiyasında Rusiyadan gətirilmiş 6 sort buğda toxumu əkilib və bu buğda sortlarının yerli şəraitə uyğunlaşdırılması işləri aparılır. Bununla yanaşı təcrübə stansiyasında yerli tərəvəz və dənli bitkilər yetişdirilir ki bunlar da ekoloji cəhətdən təmizdir. Yetişdirilmiş məhsullara ancaq təbii yolla hazırlanmış gübrələr verilir. Bu gübrələrər tərkibində fiton südlü bitkilərdən hazırlanmış cövhərlərdir. Həmçinin reginun rayonlarında Ekoloji Təmiz Kənd təsərüfatı üzrə müxtəlif təlim və marifləndirici işlər aparılır. Özfəaliyyət proqramı çərçivəsində regionda qısa müddət ərzində ekoloji təmiz kənd təsərrüfatı inkişaf hədəflərinin müəyyənləşdirilməsi, regionun rayon və kəndlərində ekoloji təsərrüfatçılıq ücün yararlı sahələrinin seçilməsi işində fermerlərə xeyli kömək göstərilib.