52 yaşlı məzun...

08 2019 13:05

Övladının biri tələbədir, digəri də bu il ali məktəblərə qəbul üçün imtahan verir. Bu kimi atalıq qayğılarının yanında o, özü də ötən il 18 il öncə yarımçıq qoyduğu təhsilini davam etdirmək qərarına gəlib. Bu il isə 52 yaşında Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olub.

İqrar Əhmədovun 52 yaşda məzun olmasının əslində səbəbi var. Hələ illər öncə İqtisadiyyat sahəsində ali təhsil almağı qarşıma məqsəd qoyan, lakin aiəsində yaşanan madii çətinliklər üzündən təhsili yarımçıq qalan İqrar Əhmədov 50 yaşını keçsə də təhsilini davam etdirməyə nail olub. Onun universitet təhsilini davam etdirməsinin digər tərəfi övladlarına nümunə olmaq istəməsidir. Müsahibimiz deyir ki, övladları yaşda olan gənclərlə bir auditoriyanı bölüşməkdə problem yaşamayıb. Auditoriyadakı müəllimlərin çoxu da ondan yaşca kiçiklər olub. Tələbə yoldaşım olan qızları qızım, oğlanları oğlum kimi görürdüm, yaşca böyük şəxs kimi onlara tövsiyələr verirdim deyən İqrar Əhmədovun müəllimlərindən biri isə 1997-ci ildə universitetə onunla birgə qəbul olan şəxs olub. Hazırda o dövlət qulluğu imtahanına hazırlaşıb işə düzələcək dərəcədə məqsədlidir. Bunu bacaracağına isə inanır.