Şəki UNESKO-nun Ümumdünya İrs siyahısında...

08 2019 12:39

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın Şəki şəhəri ilə bağlı irəli sürdüyü nominasiya qəbul edilib. Beləliklə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Unesko-nun Ümümdünya İrs siyahısına qəbul edilib. Xəbər bütün Azərbaycanda, o cümlədən Şəkidə böyük sevinclə qarşılanıb. Şəki sakinləri bu möhtəşəm xəbəri böyük coşğu ilə qeyd ediblər. Bir-birindən şən mahnılar oxundu, ifalar səsləndirildi. Şəki sakinləri “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini konsert proqramı ilə qeyd etdi. Şəkinin tarixi hissəsinin ümumdünya mədəni irsinə daxil edilməsi Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilməsinin nəticəsidir. Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına Bakıda keçiriən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında daxil edilib. Qeyd edək ki, “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır.