Oğuzda yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olundu...

06 2019 12:20

“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında yabanı halda bitmiş 2620 ədəd və 3 ton 144 kq çəkisi olan narkotik tərkibli çətənə kolları kökündən çıxarılaraq məhv edilib.