Zaqatalada 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb...

05 2019 15:21

Zaqatala şəhəri, A. Həmidov küçəsi ev 160 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Məmmədəli Aşur oğlu Soltanov travmatikşok vəziyyətində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub. Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı 65 yaşlı M. Soltanovun yaşadığı evin çardağında iş görən zaman yıxılaraq ağır qapalı kəllə-beyn travması alması məlum olub. Həkimlərin səyinə baxmayaraq M. Soltanovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.