Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları İsmayıllıda...

05 2019 13:21

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Azərbaycan İlahiyyat İnstitutunun yaradılma məqsədi, fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyət nümayəndələrinin məlumatlandırılması məqsədilə Respublikanın bir sıra bölgələrində maarifləndirmə tədbirləri həyata keçirir. İnstitutun əməkdaşları İsmayıllıda olublar. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edilib. Ardınca Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, təhsil və mədəniyyət işçiləri, din xadimləri və dini icma sədrləri, gənclər, ziyalılar iştirak edib. Ali məktəbin yaradılma məqsədi, fəaliyyəti, təhsil imkanları barədə iştirakçılar məlumatlandırılıb, kadr hazırlığı barədə danışılıb, respublikada ali təhsilli din xadimlərinə ehtiyac olduğu diqqətə çatdırıb. Təhsilin ödənişsiz olduğu bildirilib. Tədbirdə məzunların gələcəkdə işlə təmin olunması məsələlərinə toxunulub. Onların dövlət strukturlarında, ali məktəblərdə, məscidlərdə işlə təmin olunacaqları diqqətə çatdırılıb. Verilən suallar cavablandırılıb, mövcud problemlərin müzakirəsi aparılıb. Elm və təhsil həyatını, tələbələrin asudə vaxtının səmərəli təşkili, gəzinti və ekskursiyaları əks etdirən tanıtım videoçarxı nümayiş etdirilib.