Şamaxı “Gənclər Paytaxtı-2019” seçilməsi ilə bağlı hazırlanan videoçarxın təqdimatı olub...

04 2019 16:11

Şamaxının “Gənclər Paytaxtı-2019” seçilməsi ilə bağlı hazırlanan videoçarxın təqdimatı Şamaxı rayon Heydər Əliyev Mərkəzində Rayon rəhbərliyinin, rayonda fəaliyyət göstərən media qurumları, mətbuat xidmətlərinin nümayəndələri, idarə və təşkilatlarda çalışan rayonun 50-ə yaxın fəal gənclərinin iştirakı ilə keçirilib. Gənclər və İdman idarəsinin rəisi Şamaxının “Gənclər Paytaxtı” seçilməsi ilə bağlı görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Dəyirmi masa arxasında iştirakçı gənclər arasında müzakirələr aparılıb, təkliflər irəli sürülüb, görüləcək işlər müəyyənləşdirilib. Daha sonra “Şamaxı Gənclər Paytaxtı-2019” seçilməsi ilə əlaqədar Simvolik açarın rayonumuza təqdim olunması ilə bağlı hazırlanmış videoçarx iştirtakçılara təqdim olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-illər” Dövlət Proqramının icrası çərçivəsində hər il respublikada onlayn sistemi üzrə “Gənclər Paytaxtı” müsabiqəsi keçirilir. Bu il Şamaxı rayonu respublikanın 22 şəhər və rayonları arasında 30,1 faiz səs çoxluğu ilə qalib gələrək 2019-cu ilin “Gənclər Paytaxtı” seçilib.