Baş Küngüt məktəbi qəbul imtahanlarında yüksək nəticə göstərib...

04 2019 14:54

Şəkidə Nazim Hacıyev adına Baş Küngüt tam orta məktəbi 2018-2019-cu il təhsil mövsümünü uğurla başa çatdırıb. Belə ki, məktəbin 20 məzununundan 15-i qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəbə qəbul olmağa haqq qazanıblar. Məktəbin məzunlarından 1 abituriyent Fərid Babayev 640 bal, 2 abituriyent isə 500 baldan yuxarı nəticə göstərib. Məktəbin qəbul imtahanlarında yüksək nəticə göstərməyi də bir ilk deyil. Hər il məktəbin məzunları yüksək balla ali məktəblərə qəbul olur. Qeyd edək ki, Baş Küngüt tam orta məktəbinin şagirdləri olimpiadalarda da yüksək nəticələr göstərərək təhsil ocağının adını zirvələrdə tutmağı bacarıblar.