Zaqatalalı abituriyent qəbul imtahanında maksimum nəticə göstərdi...

03 2019 16:14

Qəbul İmtahanların nəticəsi bəlli oldu. Zaqatala Şəhər 3 saylı tam orta məktəbin məzunu Fazil Səfərov qəbul imtahanında mümkün 400 balı toplayıb. Oxuyub, oxuyub, bütün günü çalışıb. O, bu uğuru əldə etmək üçün bir çox şeylərdən keçib. Müəllimlərinin və valideynlərinin ona göstərdiyi diqqət və qayğıya laqeyd qalmayan Fazil nəhayət ki, qəbul imtahanında mümkün 400 balı toplayıb. Məktəbi əla qiymətlərlə bitirən, imtahanda maksimum bal toplamağı qarşısına məqsəd qoyan Fazil hədəfə müəllim kollektivinin və ailəsinin köməyi ilə çatdığını deyir. Fazilin oxuduğu məktəbin direktoru da şagirdindən fəxrlə danışır. Abituriyentin İbtidai sinif müəlliməsi olan anası da övladının uğuruna sevinir və oğlunun gələcəkdə vətən üçün layiqli vətəndaş olacağına inanır. Qeyd edək ki, Fazil Səfərov buraxılış imtahanında 290, qəbul imtahanının 1- ci mərhələsində 391, 2-ci mərhələdə isə maksimum 400 balı toplayıb. Fazilə gələcək təhsilində uğurlar diləyi ilə...