Şamaxıda mənzilləri qəzalı olan vətəndaşlar üçün 55 ev tikilərək təhvil verilib...

02 2019 18:53

Şamaxıda baş verən yeraltı təkanlardan sonra mənzilləri qəzalı olan vətəndaşlar üçün, ilkin mərhələdə 55 ev tikilərək təhvil verilib. Tikilən fərdi yaşayış evlərindən başqa, əlavə olaraq şəhər ərazisində çox mənzilli üç yaşayış binası inşa edilir. Şəhərin müxtəlif küçələrində 133 fərdi evin tikintisi də davam edir. Növbəti mərhələdə 119 mənzilin tikintisi də nəzərdə tutulub . Eyni zamanda şəhərin müxtəlif ərazilərində çox mənzilli üç yaşayış binası inşa edilir. Yeraltı təkanlar zamanı dağılaraq yararsız hala düşən bəzi evlərin yerində yeni mənzillərin tikilməsi mümkün olmadığından, şəhərin 20 yanvar küçəsində 4 mərtəbəli, 44 mənzilli, iki yaşayış binasının tikintisinə başlanılıb.Təmələli mart ayından ölkə başcısı tərəfidnən qoyulan yaşayış binasınin sentyabrda təhvil verilməsi planlaşdırılır. Hər üç yaşayış binası tikilib təhvil verildikdən sonra,evləri qəzalı olan 106 ailə yeni mənzillərə köçrüləcək. Xatırladaq ki,bu ilin fevral ayında baş verən zəlzələ nəticəsində , ismayıllı,Ağsu və Şamaxı rayonunda müvafiq komisiyalara 10087 müraciət daxil olub.