Şimal-qərb bölgəsində polis işçiləri peşə bayramlarını qeyd edib...

02 2019 16:09
Bu münasibərlə rayonlarda tədbirlər təşkil olunub. Şəkidə Polis işçilərinin peşə bayramı keçirilib. İlk öncə polis əməkdaşları Heydər Əliyev mərkəzində olublar. Ulu öndərin həyatından bəhs edən sərgiyə baxış keçirilib. Polis əməkdaşlarına mərkəz barədə də ətraflı məlumat verilib. Daha sonra tədbir Şəki ŞRPŞ-də davam edib. Tədbir Azərbaycan himninin səslənməsi ilə açılıb. Şəxsi heyyət qarşısında çıxış edən Şəki ŞRPŞ-nin rəisi ilk öncə hər kəsi peşə bayramı münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətindən uğurlar arzulayıb. Həmçinin o öz məruzəsində polisin yarandığı gündən bu günə qədər keçdiyi yoldan, uzun illər boyu şərəflə dövlətinə qulluq etmələrindən, müharibə illərində şəhid düşən polis əməkdaşlarından ətraflı məlumat verib. Tədbirdə çıxış edən digər hüquq-mühafizə orqanları da Şəki polislərini bir daha təbrik ediblər. Sonda veteran polislərə hədiyyələr verilib.
Qaxda Polis İdarəsinin şəxsi heyəti Azərbaycan polsinin yaranmasının 101 ci ildönümü münasibəti ilə şəhərin mərkəzindəki ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq onu ehtiramla yad ediblər. Sonra isə tədbir H.Əliyev mərkəzində davam etdirilib. Azərbaycan respublikasının himni səsləndirilib, torpaqların bütövlüyü ugrunda şəhid olmuş polislərin ruhu yad edilib. Çıxış edənlər polis adının şərəfli ad olduğunu və hər bir polisin bu ada layiq olmağa çalışdığını söyləyiblər. Polislər peşə bayramları münasibətilə təbrik edilib, işində fərqləndiyinə görə bir necə polis işcisi mükafatlandırılıb. 2 iyul Polis işçilərinin peşə bayramı günü Zaqatala rayonunda da geniş qeyd edilib. İlk əvvəl Rayon Polis Shobəsinin əməkdaşları Heyder Əliyev parkında Ulu ondərin abidə kompleksini ziyaret ediblər. Daha sonra RPŞ-nin inzibati binasının akt zalinda yığıncaq keçirilib. Tədbirdə Azərbaycan polisinin keçdiyi çətin və şərəfli yola nəzər salınıb, həmçinin bu gun də Azerbaycan polisinin Ali bas komandan, prezident İlham Eliyevin rehberliyi altında daim Müstəqilliyimizin ve dovlətçiliyimizin keşiyində durduğu qeyd edilib. Rayonda siyasi asayişin qorunması ve polis orqanındakı səmərəli fəaliyyətinə gorə bir qrup əməkdaşa mükafatlar təqdim edilib.