Zaqatalanın yüksək dağlıq ərazilərinə qar yağıb...

02 2019 13:38

Zaqatalanın yüksək dağlıq ərazilərinə qar yağıb. Son üç gündür ki, respublikanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgəyə fasilələrlə qısamüddətli yağış yağır, havanın temperaturu əvvəlki günlərlə müqayisədə +20 ℃ qədər aşağı düşüb. Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsində yüksək dağlıq ərazilərinə qar yağıb. Hazırda rayonda yağmursuz hava şəraiti müşahidə olunsa da, temperatur axşam saatlarında +16 ℃ müşahidə olunur.