Qobustanda dəhşətli avtomobil qəzasında 2-ci kurs tələbəsi dünyasını dəyişdi...

01 2019 14:52

Qobustanda ağır yol qəzası qeydə alınıb. Hadisə Qobustan rayonunun Hacıdərə Sündü yolunda baş verib. Vaz 2106 markalı avtomobillə vaz 2107 markalı avtomobillərin toqquşması nəticəsində vaz 2106 dakı sərnişin, Qobustan rayonunun Təklə kənd sakini 18 yaşlı Nəbiyev Mürvət Zahid oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Nəbiyev Mürvət Zahid oğlu Azərbaycan Dövlət Dillər İnstitutunun 2-ci kurs tələbəsi idi. Fakt araşdırılır.