Gürcüstanda ağır qəzaya düşən azərbaycanlı ailə...

01 2019 14:37

Gürcüstan respublikası ərazisində azərbaycanlıya məxsus Mercedes markalı avtomobil qəzaya düşüb. Sürücü Zaqatala rayon sakini, 44 yaşlı Aydın Xəlilov və sərnişini 59 yaşlı Yusif Dibirov aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər. Dibirovun 4 və 3 yaşlı nəvələri isə Tbilisi şəhərindəki xəstəxanada ölüblər. Məlumata görə, Yusif Dibirov qəza baş verən gün Rusiya Federasiyasından Zaqatalaya gəzməyə gələn gəlini və nəvələrini qarşılamaq üçün Tbilisiyə gedib. Zaqatalaya qayıdan zaman Tbilisidən 40-50 km aralıda qəza baş verib.