Şamaxıda ərəblər qəzaya düşdü - Ölü və yaralananlar var

01 2019 14:15

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Şamaxı-Yevlax yolun 124-cü kilometrliyində Mədrəsə kəndi ərazisində qeydə alınıb. Şamaxı rayon sakininin idarə etdiyi 10 NF 093 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil qarşı tərəfdən gələn 10 MS 666 dövlət nömrə nişanlı, “Hyundai” markalı minik maşını ilə toqquşub. Qəza zamanı 4 nəfər müxtəlif bədən xəsarətləri alıb.Yaralılar Təcili Tibbi Yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzada Şamaxı şəhər sakini 23 yaşlı Mirzəyev Emin Kabus oğlu, ərəb turist 35 yaşlı Ali Yusif Hassan Abdullah Hayi və daha bir ərəb vətəndaşı ağır bədən xəsarətlər alıb. Ağır xəsarət alan "VAZ 2107" markalı avtomobilin sürücüsü, Şamaxı rayon sakini, 68 yaşlı Əhmədov Azadxan Əliyar oğlu rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.