Balakəndə baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb

29 2019 15:56

Balakəndə baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Hadisə Balakən-Qazma avtomobil yolunda baş verib. Qazma kənd sakini, Yusif Hacıyevin idarəetdiyi minik avtomobili ilə Bedağar kənd sakini, Azər Qandayevin idarəetdiyi minik avtomobili toqquşub. Qəza zamanı sürücü Yusif Hacıyev xəsarət almasa da avtomobildə olan anası, 55 yaşlı Əmanət Hacıyeva, gəlinləri 26 yaşlı Türkanə Hacıyeva və digər avtomobilin sürücüsü 34 yaşlı Azər Qandayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralılardan Əmanət Hacıyeva əməliyyat edildikdən bir qədər sonra xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib. Digər yaralıların vəziyyətləri yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.