Şəki Regional Aqrokimya Laboratoriyası fəaliyyətə başlayıb...

29 2019 15:43

Artıq Şimal Qərb bölgəsində fəaliyyət göstərən fermerlərin laborator analizlər üçün digər bölgələrə getməsinə ehtiyac qalmayacaq. Belə ki, Şəkidə Aqrar Xidmətlər Agentliyinin Şəki Regional Aqrokimya laboratoriyası fəaliyyətə başlayıb. Torpaq mülkiyyətçiləri və sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə fəaliyyətə başlayan laboratoriya müasir avadanlıqlarla təmin olunub. Müəssisədə kadr təminatı da tam olaraq formalaşıb. Burada əkin sahələrin aqrodioqnostik müayinəsi aparılacaq. Bu cür müayiənələr həm də fermerlərin xərclərinin optimallaşmasına şərait yaradacaq. Əvvəllər analizlər üçün xeyli məsafə qət edən təsərrüfatçılar bu çətinlikdən xilas olacaqlar. Qeyd edək ki, Respublika ərazisində 11 aqrokimya laboratoriyası fəaliyyət göstərir.