Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 23 sahibkara güzəştli kredit verilib...

29 2019 14:48

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Qaxda işgüzar forum keçirib. Forumda Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 23 sahibkara 1,5 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən, turizm, heyvandarlıq, bağçılıq və sair sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 40-dan çox iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 118,1 milyon manat güzəştli kredit verilib. Tədbir çərçivəsində Qaxda dövlətin güzəştli krediti ayrılan turizm mərkəzinə və arıçılıq təsərrüfatına baxış keçirilib. Ümumilikdə, indiyədək turizmin inkişafı ilə bağlı 201 investisiya layihəsinin maliyyələşdirilməsinə 46,3 milyon manat dövlətin güzəştli krediti verilib.