Məleyke Abbaszadə Qaxda vətəndaşları qəbul edib...

29 2019 12:58

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün Qaxda vətəndaşları qəbul edib. O, Balakən Qax və Zaqatala rayon sakinlərinin müraciətlərini dinləyib. Müraciətlər əsasən imtahanda müəyyən səbəblərdən iştirak edə bilməyən məzunların yenidən imtahanda iştirak etmə qaydaları, imtahanın nəticələriylə bağlı olub. Müraciət edənlərə bir daha imtahanda iştirak prosedurları izah olunub. Qarşıdakı günlərdə keçiriləcək imtahanlarda iştirak etmək üçün onlara qaydalar izah olunub. O cümlədən imtahan sualları, cavab kartları ilə bağlı suallar cavablandırılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin araşdırılması və həll edilməsi üçün isə qeydiyyat aparılıb.