Xarici ölkələrin diplomatları Şəkidə...

28 2019 14:33

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərinə səfər ediblər. 45-dən çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar Şəkinin sosial-iqtisadi, mədəni inkişafı, habelə turizm potensialı ilə yaxından tanış olublar. Diplomatlar Şəki ilə tanışlığa Kiş kəndində yerləşən qədim alban məbədini ziyarətlə başlayıblar. Ardınca Şərab zavodu, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar. Diplomatlar Mərkəzin emalatxanalarını gəzib, şəkili sənətkarlarla görüşüb, onların əl işlərinə baxıb. Şəkiyə səfərləri çərçivəsində diplomatik korpusun nümayəndələri XVIII əsrin sonunda inşa edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olublar. Diplomatlar səfərin proqramına əsasən, bu gün Zaqatala rayonunun sosial-iqtisadi və mədəni həyatı, tarixi məkanları ilə tanış olacaqlar.