Avropa İttifaqı rəsmiləri regionlara səfər edib...

27 2019 17:41

Bu gün Avropa İttifaqı (Aİ) Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğun (DG NEAR) Avropa Komissiyası bölmə rəhbərləri Lourens Meredit və Mark Constonun rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxı və İsmayıllı rayonlarına səfər edib. Səfərdə məqsəd Aİ-nın maliyyələşdirdiyi layihələrlə yaxından tanış olmaqdır. Şamaxı rayonu Heydər Aliyev mərkəzində keçirilən tədbirdə iştirakçılara Aİ maliyyələşdirdiyi Regionların İnkişafına Dəstək üzrə Texniki Yardım layihəsi və Şamaxıda üzüm və şərab üzrə ixtisaslaşma strategiyası haqqında məlumat verilib. Bildirilib ki, 6 milyon manat büdcəsi olan və 2017-ci ilin yanvar ayında başlamış layihə iqtisadiyyatın şaxələndirilməsinə və regionların davamlı inkişafına töhfə verir. Layihənin əsas komponentlərindən biri regional inkişaf planlarının proqramlaşdırılması və həyata keçirilməsində hədəf rayonları dəstəkləməkdir ki, burada yerli hakimiyyət qurumları, çoxsaylı özəl və dövlət tərəfdaşları fəal iştirak edirlər. Səfər Aİ layihəsindən bəhrələnmiş fermer təsərrüfatına baxışla davam edib. Nümayəndə heyəti həmçinin İsmayıllı rayonunda olub və burada icra edilən layihələrlə bağlı yaxından tanış olublar.