Şəkidə dağ yandı...

27 2019 14:02

Şəkidə dağda yanğın olub. Hadisə şəhərin Şəki-Oğuz magistralı istiqamətində yerləşən və dağ dibi adlanan ərazisidə baş verib. Nəticədə 2 hektar sahədə quru ot və kol-kos yanıb. Hadisə yerinə dərhal Şəki Yanğından mühafizə hissəsinin əməkdaşları cəlb edilib. Yanğın qarşısı tez bir zamanda alınıb. Faktla bağlı araşdırma aparılır.