Avtomobil ağaca çırpıldı, sürücü yaralandı...

27 2019 13:42

Şəkinin Baş Layısqı kəndində yol qəzası baş verib. Xaçmaz rayon sakini 32 yaşlı Mahir Ağabəyovun idarə etdiyi VAZ 2106 markalı avtomobil yoldan çıxaraq palıd ağacına çırpılıb. Qəza nəticəsində sürücü Mahir Ağabəyov xəsarət alıb. Onu dərhal Şəki RMX-na çatdırıblar. Aparılan müayinələr zamanı Mahir Ağabəyova bud sümüyünün sınığı diaqnozu qoyulub. Hazırda müalicəsi davam etdirilir. Avtomobilə isə çox ciddi ziyan dəyib. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır.