İsmayıllıda Silahlı Qüvvələr Günü qeyd olunub...

26 2019 17:01
Azərbaycan Silahlı Qüvvələr günü İsmayıllıda qeyd edilib. Tədbirdə Rayon administrasiyası, ehtiyatda və istefada olan zabitlər, Qarabağ müharibəsi veteranları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, hüquq mühafizə və ədliyyə orqanları rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Çıxış edənlər bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan dərhal sonra Silahlı Qüvvələr təşkil edilib, ölkəmiz işğaldan, xarici müdaxilələrdən, düşmən qüvvələrdən müdafiə olunmağa başlanıb. Xalq Cümhuriyyətinin süqutundan sonra 70 illik bir müddətdə milli ordu, milli silahlı qüvvələr məfhumu yalnız xatirələrdə yaşayıb. Qeyd edilib ki, yalnız ümummilli liderimiz Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra ordu quruculuğu prosesi başlanıb. Hazırda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılıb və regionun ən qüdrətli silahlı qüvvələri səviyyəsindədir. Daha sonra bir qrup hərbi vətənpərvərlik təbliğatçısına və hərbi iş fəalına rayon icra hakimiyyətinin mükafatları verilib.Qarabağ müharibəsi əlilləri və veteranları arasında keçirilən güllə atıcılığı yarışında I, II və III yerləri tutan Oqtay Əliyevə, Əlişir Məcidova və Kamil Dadaşova Rayon Gənclər və İdman İdarəsinin hədiyyələri, diplomları və medalları təqdim edilib.