Nazir Ramin Quluzadə Oğuz və Şəki vətəndaşlarını dinləyib...

26 2019 16:51

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Oğuz rayonunda Oğuz və Şəki sakinlərinin müraciətlərinə baxıb. Nazir nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı vətəndaşları dinləyib. Bir sıra müraciətlər yerindəcə öz həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan müraciətlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb. Nazirin birinci müavini Əli Abdullayev isə Qəbələdə vətəndaşlarla görüşüb.