Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib...

26 2019 16:20

Şəkidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib. Tədbirdə DQİDK, şəhər icra hakimiyyəti, Qafqaz Müsəlmanları İdarəsi, yerli hüquq-mühafizə orqanlarının rəsmiləri, din xadimləri, həmçinin ictimaiyyət fəalları iştirak ediblər. Konfransda azərbaycançılıq ideologiyasına həsr olunan sənədli film nümayiş etdirilib. Çıxış edənlər ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması istiqamətində görülən işlərdən bəhs ediblər. Ölkəmizdəki tolerantlıq modelinin dünya üçün nümunə olduğu vurğulanıb. Regionlarda keçirilən bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılıb.