Şamaxıda qəribə heyvan skeleti tapılıb...

26 2019 15:38

Şamaxı rayonunda Azərbaycan faunasına yad olan qəribə heyvan skeleti tapılıb. Həmin skleti rayon sakinlərinin biri evinin zirzəmisindən tapıb. Heyvanın qəribəliyi onun yalnız iki ayağının olmasındadır. Skelet iri dişləri ilə də diqqət çəkir. Uzunluğu isə 60 santimetrə çatan heyvan skeleti görənlərin marağına səbəb olub. Skelet Şamaxı sakini Yaşar Məmmədovun evinin zirzəmisindən tapılıb. Rayon sakinləri bu cür heyvan skletini ilk dəfə gördüklərini, onun hansı növə aid olduğunu bilmədiklərini deyirlər. Naməlum heyvan skeletinə, hələlik heç bir mütəxəssis baxış keçirməyib. Qeyd edək ki, bu cür heyvan skeleti digər bölgələrdə də aşkar edilib.