Zaqatalada qəza: 2 yaralı...

26 2019 14:28

Zaqatalada isə minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Hadisə Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində baş verib. Əliabad qəsəbə sakini Şaban Şabanovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobilini eyni istiqamətdə hərəkətdə olan, Ağcabədi rayon sakini Bayram Əliyevin idarəetdiyi yük maşının qoşqusuna vurub. Qəza zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü Şaban Şabanov və onun maşınında olan sərnişin Əliabad qəsəbə sakini Solmaz Babayeva aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.