Avtomobil aşdı, uşaqlar xəsarət aldı...

26 2019 14:17

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "VAZ 21-07" markalı minik avtomobilinin aşması nəticəsində iki azyaşlı uşaq xəsarət alıb. Hadisə Bakı-Şamaxı-Yevlax yolunun 116-cı kilometrliyində qeydə alınıb. Belə ki, Şamaxı rayon sakini 59 yaşlı Nəhmətov Babaverdi Alxas oğlunun idarə etdiyi 10-HM-507 dövlət nömrə nişanlı "VAZ 21-07" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər Şamaxı rayon Mərzəndiyə kənd sakini 11 yaşlı Nəhmətov Ağaverdi Famil oğlu və onun əmisi qızı 7 yaşlı Nəhmətova Yağmur Samir qızı ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.