Oğuzda 5 hektar taxıl sahəsi yanıb...

26 2019 13:46

Oğuzun Yaqublu kəndi ərazisində yerləşən Yataq yeri adlanan ərazidə Əyyub Cavadova məxsus 5 hektara yaxın biçilmiş taxıl sahəsi və 8 ton ot bağlaması yanıb. Hadisə yerinə cəlb olunan Oğuz rayon yanğından mühafizə bölməsinin əməkdaşları yanğının ətraf tikililərə keçməsinin qarşısını alıblar. Faktla bağlı araşdırma aparılır.