Şamaxıda 5-ci Beynəlxalq Yoqa Günü qeyd olunub...

25 2019 16:04

Azərbaycanda keçirilən 5-ci Yoqa və Sağlamlıq festivalı çərçivəsində Şamaxıda da tədbir təşkil edilib. Pirqulu qəsəbəsində Hindistanın Azərbaycandakı səfiri və Şamaxı rayon icra hakimyyəti ilə birgə təşkil olunan tədbir "Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik" mövzusuna həsr olunub. Beynəlxaq tədbirdə Hindistanin Azərbaycandakı səfiri, Şamaxı sakinləri və rayona gələn turistlər iştirak edib. Dağların ətəyində, açıq havada keçirilən tədbirdə yoqanın müxtəlif istiqamətləri üzrə məşğələlər keçirilib. Həmçinin yoqanın tarixi və sağlam həyat tərzi haqqında mühazirələr oxunub. Festival sağlam həyat tərzini və fəal istirahət mədəniyyətini təbliğ etmək, arzu edənlərin yoqanın müxtəlif istiqamətləri ilə tanış olmasına şərait yaratmaq, bu cərəyan haqqında ətraflı informasiya yaymaq məqsədi daşıyır.