Mübariz Qurbanlı Şəkidə vətəndaşları qəbul edib...

25 2019 15:52

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şəki şəhər Heydər Əliyev Mərkəzində yerli sakinləri qəbul edib. Qəbulda əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə baxılıb. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Qeyd edək ki, komitə sədrinin müavinləri Səyavuş Heydərov Qəbələdə, sədr müavini Gündüz İsmayılov isə Oğuzda rayon sakinləri ilə görüşüb.