“Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi”

25 2019 15:34
Qəbələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb. Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər şəxsləri, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, Qəbələ, İsmayıllı, Ağsu və Oğuz rayonlarının icra və hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlikdən, əmin-amanlıqdan, dövlət-din münasibətlərinin sağlam şəkildə qurulmasından, ölkəmizdə bütün dünyaya nümunə ola biləcək dövlət-din münasibətləri, tolerantlıq, multikulturalizm, birgəyaşayış ənənəsinin formalaşdığından bəhs olunub. Diqqətə çatdırılıb ki, cəmiyyətin dinclik və xoşbəxtliyinə səbəb olan dinin, əhalinin dinclik və etibarını təhdid edəcək şəkildə terrorçu və ekstremist qruplar tərəfindən istismarı dövlət təhlükəsizliyi üçün böyük təhdid yaradır. Bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin borcu və müstəsna hüququdur. Digər çıxış edənlər bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin önəmindən danışıblar. Seminar-müşavirə mövzu ətrafında müzakirələrlə işini yekunlaşdırıb.