Şəhid Sahil Şirinov doğum günündə yad edildi...

25 2019 14:53

Qəbələ Peşə Tədris Mərkəzində aprel şəhidi, leytenant Sahil Şirinovun doğum gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhidin yaxın qohumları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan oğul və qızlarımızın xatirəsinin xalqımızın qəlbində yaşayacağını vurğulayaraq, tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliklərini bildiriblər. Sahil Şirinova həsr olunan videoçarx nümayiş edilib. Şəhidin qəhrəmanlıqlarından bəhs edilib. Yekunda şəhid Sahil Şirinovun təhsil aldığı Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Sonra tədbir iştirakçıları Bum qəsəbəsində şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.