Xəbərlər
Layihələr
Haqqımızda
Canlı
Əlaqə
Media qrup
Şəkidə taxıl sahələrində güclü yanğın...
24 2019 18:58
Şəkidə taxıl sahələrində güclü yanğın olub. Hadisə bu gün günorta saatlarında rayonun Aydınbulaq kəndi ərazisində, kəndin şərq hissəsindəki taxıl sahələrində qeydə alınıb. Küləkli hava yanğının söndürülməsini çətinləşdirib. Yanğın genişlənərək yaxınlıqdakı evlərə keçib. 3 evə ziyan dəyib. Bir nəfər isə yanıq xəsarətləri alıb. 33 yaşlı Tural Nəmişov Şəki rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Meyvə ağaclarına və telefon xətlərinə də ziyan dəyib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki, Oğuz və Yevlax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin ümumilikdə 5 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın söndürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
Oxşar xəbərlər
Qəbələdə yol qəzası yenə can aldı...
Ətraf mühitin sağlamlaşdırılmasına dəyərli töhfə...
Oğuzda Ulu Öndərin xatirəsinə həsr olunan voleybol birinciliyində 6 komanda mübarizə aparır...