Gələcək məhsuldarlığı təhlükəyə atanlar...

24 2019 17:01

Hazırda biçin zamanı olduğundan sahələrdə də qızğın iş gedir.. Ölkə üzrə taxıl sahələrinin 45 faizdən çoxu artıq biçilib. Yüksək məhsuldarlıq, həll olunan kombayn problemi və s . göstəricilər məhsuldarlığın yüksək olacağından xəbər verir. Amma hər şeyin yolunda getdiyi zamanda narahatlıq doğuran bir məqam var. Biçilən sahələrin yandırılması. Son illərdə bu mövzuya daha çox diqqət ayrılsa da, respublika ərazisində hələ də yanğınlar müşahidə olunur. Kənd Təsərrüfatı Nazirliyi də sahələri yandıranlara qarşı mübarizə tədbirlərini gücləndirib. Bu mübarizə həm də ehtiyatsızlıqdan neqativ hadisələrə səbəb olanlara yönəlib. Mövcud problemlərdən biri də bu cür hadisələrin baş verdiyi zamanlarda məhsulların sığortalanmasıdır. Ancaq ölkəmizdə icbari kənd təsərrüfatı sığortası ilə bağlı işlərin artıq başladığını nəzərə alsaq bunun tezliklə həll olacağını gözləmək olar. Qeyd edək ki, sahələri yandıran fiziki şəxslər üçün 400-600 manat , vəzifəli şəxslər üçünsə 1500-2000 manat məbləğində cərimə nəzərdə tutulub.