İsmayıllıda Dövlət Qulluqçularının peşə bayramı qeyd olunub...

24 2019 16:01

İsmayıllı rayonunda da Dövlət Qulluqçularının peşə bayramı qeyd olunub. Rayon icra hakimiyyətinin akt zalında keçirilən yığıncaqda çıxış edənlər bildirib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.İsmayıllı rayonunda hazırda 294 nəfər dövlət qulluqçusu çalışır. Onların çoxu gənclərdir. Onlar səmərəli, məsuliyyətli fəaliyyətləri ilə bölgənin sosial-iqtisadi inkişafında, ictimai-siyasi sahələrdə mühüm rol oynayırlar. Tədbir konsert proqrami ilə davam edib.