Şəkidə 5 tondan artıq narkotik tərkibli bitki məhv edildi...

24 2019 13:59

Şəki rayonunda 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib. Şəki şəhər-rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çapağan kəndi ərazisində vətəndaşa məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Ümumi çəkisi 5 tondan artıq olan 18350 ədəd narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib. Faktla bağlı araşdırma aparılır.