Zaqatalada 40 yaşlı kişini ilan sancdı...

24 2019 13:43

Zaqatalada 40 yaşlı kişini ilan sancıb. Rayonun Faldar kənd sakini Natiq Səfərov ilan sancması xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, Natiq Səfərov özünə məxsus sahədə təsərrüfat işləri aparan zaman ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb. Natiq Səfərova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda vəziyyəti stabildir.