Qaxda qəza: İkisi azyaşlı olmaqla altı nəfər xəsarət aldı...

24 2019 13:20

Qaxda baş verən yol qəzasında ikisi azyaşlı olmaqla altı nəfər xəsarət alıb. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qax rayonu Şıxlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 10 GF 737 və 34 BE 809 dövlət nömrə nişanlı iki “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla altı nəfər - Tasmalı kənd sakinləri 35 yaşlı Yunus Ramazanov, 30 yaşlı Tehran Məmmədquliyev və 26 yaşlı Azim Qurbanov, Qorağan kənd sakinləri 47 yaşlı Qanbay Zamanov və onun iki övladı 8 yaşlı Elbrus Zamanov və körpə Elgün Zamanov xəsarət alıblar. Qanbay Zamanov və onun iki azyaşlı övladı vəziyyətləri ağır olduğundan paytaxtdakı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlara qapalı kəllə-beyin və bədənlərinin müxtəlif nahiyələrinin travması diaqnozu qoyulub. Hər üç şəxs reanimasiyaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.