ƏMDK Balakəndə yeni ərazi ofisini istifadəyə verdi...

22 2019 15:10

Balakən sakinləri də daşınmaz əmlakla bağlı xidmətlərdən müasir şəraitdə istifadə edəcəklər. Belə ki, vətəndaş məmnunluğunu ön planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi yeni inşa edilmiş ərazi ofisini Balakən rayonunda istifadəyə verib. Yeni ərazi ofisində fəaliyyət müasir əsaslarla qurulub. Belə ki, tətbiq edilən müvafiq informasiya sistemləri, kommunikasiya avadanlıqları və texnologiyaları ilə mükəmməl fəaliyyət prosesi təmin edilib. Burada xidmətlərin çevik formada göstərilməsinə səbəb olan amillərdən biri də ixtisaslı və peşəkar kadrların cəlb olunmasıdır. Ərazi ofisi 100 mindən artıq sakini olan Balakənin 1 şəhər, 1 qəsəbə, 17 kənd inzibati-ərazi vahidini əhatə edəcək. Gün ərzində xidmət ofisində 100-ə yaxın sakinə daşınmaz əmlakla bağlı xidmətlər göstəriləcək. Bu da həmin ərazidə yaşayan sakinlərin əlavə vaxt sərf etmədən daşınmaz əmlakın qeydiyyatı, sənədlərin təqdim olunması, texniki sənədlərin alınması, özəlləşdirmə, hərraclarda iştirak, kadastr və digər məsələlərlə bağlı müraciətinə imkan verəcək. Eyni zamanda burada sakinlər üçün təmənnasız hüquqi yardım almaq imkanı yaradılıb.