Zaqatalada dövlət qulluqçuları təbrik edildi...

22 2019 14:59

Dövlət Qulluqçularının peşə bayramı günü Zaqatala rayonunda qeyd olunub. Tədbirdə rayon administrasiyası ilə yanaşı, rayonda çalışan dövlət qulluqçuları iştirak edib. Çıxış edənlər Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatlar xüsusi vurğulanıb. Bildirilib ki, məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması,bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Sonda işində fərqlənən dövlət qulluqçularına fəxri fərman və hədiyyələr təqdim edilib.