Balakəndə dəhşətli cinayət: arvadını boğub öldürdü...

22 2019 14:51

Balakəndə 66 yaşlı kişi arvadını boğaraq qətlə yetirib. Hadisə bu gün səhər saatlarında rayonun Mahamalar kəndində baş verib. Kənd sakini 66 yaşlı Nəcəfəli Xəlilov həyat yoldaşı 59 yaşlı Şahnaz Xəlilovanı boğaraq qətlə yetirib. Nəcəfəli Xəlilovun həyat yoldaşı Şahnaz Xəlilovanı ailə münaqişəsi zəminində öldürdüyü bildirilir. O, şübhəli şəxs qismində saxlanılıb.Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.